525.Az

ABŞ Konqresində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilə bilər


 

ABŞ Konqresində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilə bilər<b style="color:red"></b> ABŞ-dakı Türkiyə-Azərbaycan diasporu ölkə Konqresinə müraciət göndərib.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Turkish Actionalert" onlayn qəzeti xəbər yayıb.

Müraciətdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad etmək çağırışı yer alıb. Orada, həmçinin faciəli hadisə ətraflı təsvir olunub.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu fövqəladə vəziyyət elan etmədən Azərbaycana qarşı hərbi əməliyyatlara başlayıb. Azərbaycan Baş prokurorluğunun rəsmi məlumatına görə, istintaq bu cinayət nəticəsində 132 nəfərin həlak olduğunu, 612 nəfərin yaralandığını, 841 nəfərin qanunsuz həbs olunduğunu, yüzlərlə binanın dağıdıldığını, dövlətə və vətəndaşlara külli miqdarda maddi ziyan vurulduğunu müəyyən edib.
 





09.01.2013    çap et  çap et