525.Az

TAE layihəsində sədrlik Azərbaycana keçib


 

TAE layihəsində sədrlik Azərbaycana keçib<b style="color:red"></b> Trans-Asiya-Avropa (TAE) fiber-optik kabel magistralı layihəsində sədrliyin 2013-2015-ci illər ərzində Ukraynadan Azərbaycana keçməsini rəsmən təsdiqləyən protokol imzalanıb.
 
525.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, iştirakçı dövlətlər Azərbaycanın layihədə sədrliyini dəstəklədiklərini bildiriblər. Azərbaycan tərəfi qloballaşma və daim artan tələblər nəzərə alınmaqla TAE-nin səmərəliliyinin gələcəkdə artırılması üçün çalışacağını bəyan edib.
 
Qeyd edək ki, Azərbaycanın TAE-də sədrlik məsələsi layihənin idarə edilməsi üzrə komissiyanın ötən ilin noyabrın 7-8-də Bakıda keçirilən 21-ci iclasında müzakirə olunub.
 





09.01.2013    çap et  çap et