525.Az

“Mahmud və Məryəm” filmi martın 22-dən kinoteatrlarda nümayiş olunacaq - VİDEO


 

“Mahmud və Məryəm” filmi martın 22-dən kinoteatrlarda nümayiş olunacaq - <b style="color:red">VİDEO</b>

 Xalq yazıçısı Elçin Əfəndiyevin məşhur “Mahmud və Məryəm” romanı əsasında ekranlaşdırılan eyni adlı filmi martın 22-dən etibarən kinoteatrlarda nümayiş olunacaq.

 Filmin prodüseri Sevda Kayğısız APA-ya verdiyi açıqlamasında bildirib ki, filmin artıq ilk fraqmanı hazırdır: Film çox yüksək səviyyədə alınıb və tamaşaçıların böyük marağına səbəb olacaq. Filmin Azərbaycan və Türkiyədə, eyni zamanda bir neçə ölkədə də təqdimatının keçirilməsi nəzərdə tutulur. Düşünürəm ki, filmə çəkdiyimiz əziyyətə dəyər. Tamaşaçılara gözəl bir məhəbbət hekayəsini təqdim etməyə tələsirik. Bu film iki qardaş ölkənin müştərək işidir və biz hər şeyin mükəmməl alınması üçün çox əziyyət çəkmişik”.
 
Ekran əsəri Azərbaycan və Türkiyə  arasında ilk müştərək kino  layihəsidir. Türkiyənin “24 Kare” şirkəti tərəfindən ekranlaşdırılan film Mahmudla Məryəmin sevgisindən bəhs edir. Mahmud gəncəli Ziyad xanın oğlu, Məryəm isə keşiş qızıdır. Hadisələrin mərkəzində isə Mahmudla Məryəmin bir-birinə olan məhəbbəti  dayanır. İki gəncin sevgisinə mane olan isə mürtəce fikirli Qara Keşişdir. Nağıl və fantastik elementlərin  vəhdət  təşkil  etdiyi  filmdə Mahmud rolunu Aras Bulut İynemli, Məryəm obrazını isə Eva Dedova canlandırıb. Çəkilişlərə Şəki şəhərində start verilən ekran əsərində Fəxrəddin Manafov, Məlahət Abbasova, Şamil Süleymanov, Mehmet Çevik, Tomris İncer,  Kristina Krapela və digər tanınmış aktyorlar rol alıb. Mehmet Ada Öztekinin rejissorluğu ilə lentə alınan filmin çəkilişləri ötən il aparılıb. “Mahmud və Məryəm”in Azərbaycan, Türkiyə, o cümlədən Avropanın 9 ölkəsindəki kinoteatrlarda ekranlara  çıxarılacağı gözlənilir. 
 
Azərbaycan və Türkiyənin birgə istehsalı olan və yazıçı Elçinin ssenarisi əsasında ekranlaşdırılan “Mahmud və Məryəm” filminin çəkilişləri Azərbaycan və Türkiyədə aparılıb.

 





09.01.2013    çap et  çap et