525.Az

“Ermənistan xəbərdarlıqlardan nəticə çıxarmalıdır...”


 

 “Ermənistan xəbərdarlıqlardan nəticə çıxarmalıdır...”<b style="color:red"></b>

"Ermənistanın Azərbaycana təcavüzü və ölkəmizin ərazisinin 20 faizini işğal etməsi beynəlxalq sənədlərdə də öz əksini tapıb. Ermənistanın işğalçı dövlət olması dünya ictimaiyyətinə bəllidir, həmçinin Ermənistanın qeyri-konstruktiv mövqeyi Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olur”.

525.az-ın məlumatına görə, bu fikirləri millət vəkili Mübariz Qurbanlı dilə gətirib.  Millət vəkilinin dediyinə görə, Azərbaycan bu məsələdə birmənalı mövqeyini nümayiş etdirib və bizim siyasətimizin başlıca qayəsini işğal edilmiş torpaqların tam geri qaytarılması təşkil edir, dövlətimiz bu məsələdə hansısa bir kompromisdən bəhs etmir:

 “Bizim ən böyük kompromisimiz münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olmağımızdır. Çünki Azərbaycan beynəlxalq hüquq normalarına və konvensiyalara müvafiq olaraq öz ərazisini işğaldan azad etmək hüququnu özündə saxlayır. Üstəlik, bunu müttəfiq dövlətlərin iştirakı ilə də edə bilər. Dövlətimizin ikinci ən böyük kompromisi tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması və Azərbaycanın bu gün bu məsələni qaldırmamasıdır.

Digər bir nüans odur ki, 1948-1953, 1988-ci ildə azərbaycanlıların Ermənistandan kütləvi surətdə deportasiya olunmasıdır. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar bütün bunlardan xəbərdardır. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində konstruktiv mövqe nümayiş etdirir. Lakin Ermənistan sülh danışıqlarını ləngitmək, prosesə zərbə vurmaq üçün fitnəkar xarakterli addımlar atmağa çalışır. Bunlardan biri də Xocalı ilə Yerevsan havalimanları arasında sərnişin daşınmasını həyata keçirməyə yönəlik edilən cəhdlərdir.

Bu, qeyri-qanuni bir cəhddir. Beynəlxalq Aviasiya Agentliyi də məsələyə bu cür yanaşır. Rəsmi Bakı da beynəlxalq hüquq normalarında və konvensiyalarda əks olunmuş prinsip və müddəalara istinad edərək buna öz etirazını bildirir. Bütün hallarda hüquq bizim tərəfimizdədir. Bunun qarşısını almaq üçün edilən diplomatik səylər davam etməkdədir. Ermənistan Azərbaycanın xəbərdarlıqlarından nəticə çıxarmalıdır”.

Kamil Həmzəoğlu

 





09.01.2013    çap et  çap et