525.Az

Daşkəsəndə ölən əsgərlə bağlı cinayət işi açıldı-


 

Daşkəsəndə ölən əsgərlə bağlı cinayət işi açıldı- <b style="color:red"></b>

Azərbaycan Ordusunun Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edən əsgər Ceyhun Zaman oğlu Qubadovun ölüm faktı üzrə Respublika Hərbi Prokurorluğunda cinayət işi qaldırılıb.

Bunu APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu bildirib. Nazirlik sözçüsü faktla bağlı istintaq araşdırması getdiyini açıqlayıb.
 
Qeyd edək ki, Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edən, Abşeron rayonundan həqiqi hərbi xidmətə çağırılmış, 1994-cü il təvəllüdlü Ceyhun Zaman oğlu Qubadovun bir neçə gün əvvəl postda olarkən qəfildən dünyasını dəyişməsi barədə məlumat yayılıb.
 
Əsgərin anası Samirə xanım isə “Azadlıq” qəzetinə açıqlamasında oğlunun döyülərək öldürüldüyünü bildirib. Mərhumun yaxınları əsgərin meyitinin fotolarını da qəzetə təqdim ediblər. Həmin fotolarda əsgərin meyitinin üzərində işgəncə xarakterli əlamətlər müşahidə olunur.

 





09.01.2013    çap et  çap et