525.Az

Gülər Əhmədova: “Oğlumu dünən hərbi xidmətə yola saldıq”


 

Gülər Əhmədova: “Oğlumu dünən hərbi xidmətə yola saldıq”<b style="color:red"></b>

Keçmiş millət vəkili Gülər Əhmədovanın oğlu hərbi xidmətə aparılıb. Bu barədə APA-ya G. Əhmədova özü məlumat verib.

G. Əhmədovanın sözlərinə görə, oğlu Toğrul Əhmədov dünən hərbi xidmətə yola düşüb: “Hansı hərbi hissədə xidmət edəcəyini hələ bilmirik. Lakin əminəm ki, oğlum vətənə layiqincə xidmət edəcək”.
 
G. Əhmədova oğlunun əsgərliyə yola düşməzdən əvvəl atasına məktub yazdığını da bildirib: “Toğrulu hərbi xidmətə yola salıb evə qayıdanda masanın üstündə onun məktubunu gördük. Oğlum atasına yazıb: “Cənab zabit, Qarabağda müharibə başlasa, səni gözləyəcəm””.
 
Qeyd edək ki, 1987-ci il təvəllüdlü T. Əhmədov ABŞ-da təhsil alıb və təhsilini başa vurandan sonra bir müddət Maliyyə Nazirliyində çalışıb. 

 





09.01.2013    çap et  çap et