525.Az

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib - FOTO


 

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib -<b style="color:red"> FOTO</b>

Hadisə axşam saat 22.00 radələrində Xırdalan şəhəri yaxınlığında qeydə alınıb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, taksi kimi istifadə olunan “Reno” markalı maşın idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb. Nəticədə avtomobildə olan qadın sərnişin zərbənin təsirindən maşının şüşəsindən çıxaraq yola düşüb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Avtomobildə olan daha bir sərnişin isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
 
Hazırda Dövlət Yol Polisi əməkdaşları hadisə yerində araşdırma aparılır.

 





10.01.2013    çap et  çap et