525.Az

Penitensiar Xidmət Əli İnsanovla bağlı məlumat yayıb


 

Penitensiar Xidmət Əli İnsanovla bağlı məlumat yayıb

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun ölümü barədə xəbərlərlə bağlı məlumat yayıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, məlumatda kütləvi informasiya vasitələrindən daxil olmuş çoxsaylı sorğularda 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan sabiq səhiyyə naziri məhkum Əli İnsanovun vəfat etməsi barədə məlumatların yayıldığı bildirilib. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən həmin məlumatın heç bir əsasının olmaması və dezinformasiya olması qeyd olunsa da, bir çox informasiya saytlarında bu məlumat yerləşdirilib.

Penitensiar Xidmət bir daha bildirir ki, məhkum Əli İnsanovun sağlamlığı ilə bağlı heç bir problemi yoxdur və o qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqları təmin olunmaqla cəzasını çəkir.

 





19.09.2012    çap et  çap et