525.Az

Ukraynada azərbaycanlı gənclərin xeyriyyə tədbirləri davam edir (FOTO)


 

Ukraynada azərbaycanlı gənclərin xeyriyyə tədbirləri davam edir <b style="color:red">(FOTO)</b>

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Dnepropetrovsk Vilayət təşkilatının təşəbbüsü ilə Dnepropetrovski şəhərindəki 1  saylı uşaq evində xeyriyyə konserti keçirilib.

UAGB –in mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Dnepropetrovsk vilayət təşkilatının nümayəndələri ilk öncə internat evindəki xəstə uşaqlara hədiyyələr təqdim edərək, onların həssas qəlbini sevindiriblər. Uşaqlarla keçirilən görüşdə Ukrayna Azərbaycanlıları konqresinin Dnepropetrovsk Vilayət təşkilatının sədri Qüdrət Hacıyev və UAGB-in Dnepropetrovsk vilayət təşkilatının rəhbəri Elza Bəkirova çıxış edərək  internet evinin balaca sakinlərini yeni il münasibəti ilə təbrik ediblər.

Onlara sağlam həyat  və xoşbəxt  gələcək arzulayıblar . Tədbirdə çıxış edən Dnepropetrovsk şəhər 1 saylı uşaq evinin müəllimləri hər il ənənəvi olaraq uşaq evinə maddi və mənəvi yardım göstərdiklərinə görə  azərbaycanlı gənclərə və diaspora nümayəndələrinə minnətdarlıqlarını  bildiriblər.Sonra Azərbaycan Konqresinin və gənclər birliyinin  təşkilatçılığı ilə uşaqlar üçün maraqlı  konsert proqramı nümayiş etdirilib. Yeni ilin  ilk günlərinə xoş ovqatla başlayan uşaqlar azərbaycanlı gənlərlə rəqs edib  ürəkdolusu şənləniblər .

 





10.01.2013    çap et  çap et