525.Az

Ermənilər Xankəndi aeroportunun istifadəyə veriləcəyi tarixi dedilər


 

Ermənilər Xankəndi aeroportunun istifadəyə veriləcəyi tarixi dedilər<b style="color:red"></b>

Azərbaycanın işğal altındakı Qarabağ bölgəsində ermənilərin qeyri-qanuni istismarında olan Xankəndi hava limanı gələn ay istifadəyə veriləcək.
 
Modern.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu haqda Dağlıq Qarabağdakı separatçı rejimin rəsmisi David Babayan məlumat verib. O bildirib ki, aeroportun istifadəyə verilməsi üçün hələlik bir sıra texniki problemlər var.

“Bir neçə kiçik texniki problem var, bunlar isə qısa zamanda həll ediləcək. Çox güman ki, ən geci bir ay müddətinə aeroport istifadəyə hazır olacaq”, - deyə Babayan vurğulayıb.

Qeyd edək ki, erməni mətbuatında yer alan məlumatlara görə, Xankəndi hava limanının istifadəyə veriləcəyi ilk mərhələdə saatda 100 sərnişinə xidmət göstəriləcək, uçuşların «Air Artsakh» şirkəti tərəfindən həyata keçiriləcəyi bildirilir.

 





10.01.2013    çap et  çap et