525.Az

Seçki günü hava necə olacaq?


 

Seçki günü hava necə olacaq?<b style="color:red"></b> Bakıda və Abşeron yarımadasında noyabrın 1-də bəzi yerlərdə yağış yağacağı, güclü şimal-qərb küləyinin əsəcəyi axşama doğru mülayimləşəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu Bakı və Abşeron yarımadasında gecə 7, gündüz 7-9 isti olacaq.
 
Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında noyabrın 1-də arabir yağış yağacağı bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı  yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 6-8, gündüz 8-12 dərəcə isti,  dağlarda  gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  2-7 dərəcə isti olacağı gözlənilir.
 





31.10.2015    çap et  çap et