525.Az

“Azərbaycan”ın oktyabr sayı


 

“Azərbaycan”ın oktyabr sayı<b style="color:red"></b> Bugünlərdə “Azərbaycan” jurnalının oktyabr sayı nəşr olunub.

Jurnalın ənənəvi “poeziya” bölməsində Firuzə Məmmədli, Qəşəm Nəcəfzadə, Ağamir Cavad, Nazim Əhmədli, Fəridə Hacıyeva, Adil Şamiloğlunun şeirləri verilib.

Əli Əmirlinin “Ağdamda nəyim qaldı?” avtobioqrafik romanı, Vaqif Nəsibin “Sənsizlik, mənsizlik, onsuzluq” üç hekayət romanı və Xuramanın “Dağılan dünya” hekayəsi dərginin “Nəsr” rubrikasında yer alıb. 

Tərcüməçi, şair Siyavuş Məmmədzadənin 80 illiyi münasibətilə Məmməd Oruc “Şahmat gedişlərindən savayı” yazısı və yubilyarın tərcüməsində Konstantin Simonovun şeirləri  təqdim edilib.

“Yeni tərcümələr” bölümündə Ataol Bəhramoğlunun şeirləri Bəsti Əlibəylinin tərcüməsində işıq üzü görüb.
Gülşən Əliyeva-Kəngərlinin “Şeyx Sənan”: sufizmdən romantizmə” yazısı jurnalın “Ədəbiyyatşünaslıq” bölümündə öz əksini tapıb.

Professor Vaqif Yusifli bu sayda “Vüsal Nurunun keçmişə “səyahəti”ndən bəhs edib.

Sərvər Əlioğlu Səxavət Talıblının “Adəmin övladları” romanı haqqında düşüncələrini  “Adəm övladlarını qardaşlığa çağıran roman” yazısında qələmə alıb.

Jurnalda yeni çıxan kitablar haqqında annotasiya da dərc olunub.
 





31.10.2015    çap et  çap et