525.Az

Cəbhə bölgələrində yaşayan gənclərə təhlükəsizlik qaydaları təbliğ olunur


 

Cəbhə bölgələrində yaşayan gənclərə təhlükəsizlik qaydaları təbliğ olunur<b style="color:red"></b>

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə, “Cəbhə bölgələrində yaşayan gənclərə təhlükəsizlik qaydalarının təbliği” adlı layihə çərçivəsində Xocavənd, Füzuli, Ağdam, Tərtər rayonlarında görüşlər keçirib.

Görüşlərə xocavəndlilərin yaşadığı cəbhə bölgəsinin yaxınlığındakı 320 ailəlik qəsəbədə yerləşən musiqi məktəbində  start verilib. Sonrakı görüşlər Füzuli, Ağdam və Tərtər rayonlarında olub. Bu görüşlərdə 400 nəfərdən artıq gənc iştirak edib. Bundan başqa İcra Hakimiyyətləri, Gənclər və idman idarələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinin rəhbər heyəti və əməkdaşları qonaq qismində görüşlərə qatılıblar.
 
Qeyd olunub ki, bu layihənin gənc insanların maariflənməsində və onlar tərəfindən təhlükəsizlik qaydalarına əməl edilməsində mühüm rolu var.

Tədbirlərdə aktiv iştirak edən gənclər dinləməklə yanaşı, təşkilatçılara mövzu üzrə müxtəlif suallar veriblər, görüşlər diskussiya şəraitində keçib.

Bu görüşlərdə iştirak edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələrini görən gənclər fürsətdən istifadə edərək hərbi xidmət, xidmətə hazırlıq barəsində onları maraqlandıran məsələlər barəsində də onları maraqlandıran suallara cavab alıblar.

 





31.10.2015    çap et  çap et