525.Az

Xalqın xalqşünas oğlu


 

Xalqın xalqşünas oğlu<b style="color:red"></b>

Maisə RƏHİMOVA
AMEA
Arxeologiya Etnoqrafiya İnstitutunun direktoru,
tarix elmləri doktoru;

Solmaz MƏHƏRRƏMOVA,
tarix elmləri doktoru
,
əməkdar mədəniyyət işçisi.

Milli-mənəvi əxlaqi dəyərlərimizin, minilliklərin süzgəcindən süzülüb gələn zəngin milli adət-ənənələrimizin fədakar tədqiqatçısı, görkəmli ziyalı, Azərbaycan etnoqrafiya elminin banilərindən biri, arxeologiya, tarix, folklorşünaslıq elmlərinə dair çoxsaylı əsərlərin müəllifi, ictimai xadim, bütün varlığı ilə Azərbaycan dövləti dövlətçiliyinə bağlı olan böyük vətəndaş, müdrik insan, el ağsaqqalı Teymur Əmiraslan oğlu Bünyadovun bugünlərdə 85 yaşı tamam olur.

Azərbaycan elmi-ədəbi ictimaiyyəti onu gözəl alim, AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi, şair, nasir, bədii-fəlsəfi publisistikanın mahir ustası kimi tanıyır.

 O, 1928-ci il yanvar ayının 20- sazlı-sözlü Qazax mahalının İkinci Şıxlı kəndində nüfuzlu ziyalı dövlət qulluqçusu Əmiraslan bəyin ailəsində dünyaya gəlmişdir. Onun uşaqlığı tay-tuşlarının sadə uşaq həyatından fərqli, təlatümlü olub. Kiçik yaşlarından anasını itirib. 1938-ci ilin əvvəllərində isə atası Əmiraslan Nazar oğlu sonralar bəraət qazansa da yalançı ittihamlaxalq düşməniadı ilə güllələnmişdir.

Teymur müəllim taleyin ona bəxş etdiyi ömrün illərini zəngin sərvətə çevirməyi bacaran şəxsiyyətlərdəndir. Uca Allah bu insandan heç nəyi əsirgəməyib-istedad, zəhmətsevərlik, güclü məntiq, sadəlik, həssaslıq, saf əqidəlilik, ədalət hissi onun yüksək keyfiyyətləridir.

Sanki onun alnına çox şeydə birinci olmaq yazılmışdır. 1946- ildə orta təhsilini tamamlayanda məktəb yoldaşları arasında ilk dəfə ona orta təhsil attestatı ilə birlikdə  qızıl  medal verilib. 1946-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində ali təhsil alaraq 1951-ci ildə Azərbaycanda ilk dəfə olaraq  Moskvaya, SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına daxil olub. Elə buradaca, dünya şöhrətli Qafqazşünas alim, Lenin mükafatı laureatı Y.İ.Krupnovun rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə edib, tarix elmləri namizədi alimlik dərəcəsi alıb.

 Teymur Bünyadov Azərbaycana qayıtdıqdan sonra Azərbaycan EA Tarix İnstitutunda əmək fəaliyyətinə başladı, müəllimlik sənətini layiqincə yaşadaraq, Azərbaycan Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Slavyan UniversitetindəAzərbaycan tarixi”,  Arxeologiya”, “Qədim dünya tarixifənlərindən mühazirələr oxudu,  zəkasını, biliyini, məntiqinin gücünü sevimli tələbələrindən əsirgəmədi, zəngin bilik bacarığını tələbələrinə verməkdən şərəf duydu.

Akademik T.Bünyadov  ilk dəfə olaraqAzərbaycanın qədim Orta əsrlər dövrü təsərrüfat həyatımövzusunda doktorluq dissertasiyası müdafiə edib,   ilk elmlər doktoru, professor olub. AMEA Arxeologiya Etnoqrafiya İnstitutunda  AMEA-nın ilk müxbir üzvü, 2001-ci ildə isə ilk həqiqi üzvü seçilib, 2005-ci ildə  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə institut üzrə ilk dəfəŞöhrətordeninə, 2008-ci ildə isəƏməkdar elm xadimifəxri adına layiq görülüb. 1995-ci ildə yenə həmin institutda ilk dəfə Teymur müəllim Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib, parlamentin Elm Təhsil Məsələləri Daimi Komissiyasına sədrlik edib, Azərbaycan-İrlandiya Parlamentlərarası Komissiyasının üzvü kimi fəaliyyət göstərib.

  Bütün bunlarla yanaşı daha bir fəxri adın daşıyıcısıdır. Bu adı-görkəmli xalqşünas adını ona Azərbaycan elmi ictimaiyyəti verib, yetirdiyi elmlər doktorları, elmlər namizədləri verib.

Şərqin böyük mütəffəkiri Sədi Şirazi yazır: “Bir gün padşah oğlunun əlindən tutub mədrəsəyə gətirdi. Gümüş lövhənin üzərinə qızıl hərflərlə:-mən valideynlərimin nəvazişindən çox müəllimimin tələbkarlığına borcluyam”.

Hər tələbə müəllim ömrünün silinməz bir səhifəsidir. İllər keçdikcə, zaman dəyişdikcə o səhifələr şirin bir xatirə kimi keçmişə çevrilir zamanın axarındaitirilən”, yaddan çıxan ömrün qayğılı, bəzən qayğısız anları o səhifələrdə tapılır. Onda ömür daha da bütövləşir, məzmunlu mənalı olur. Teymur Bünyadov o xoşbəxt adamlardandır ki, ömrünün 50 ildən çoxunu müəllimliklə baş-başa yaşayıb, tələbkarlığı, qayğıkeşliyi səmimiliyilə tələbələrinin doğması, əzizi sevimlisinə çevrilib. Tələbələri onun elm naminə çəkdiyi zəhməti yüksək  dəyərləndirib.

Hər bir alimin yazdığı əsər təlim prosesində istifadə olunursa, o, xoşbəxt alimdir. T.Bünyadov məhz belə xoşbəxt alimdir.  Onun 1960- ildə nəşr etdirdiyiAzərbaycan arxeologiyası oçerkləriadlı kitabı indi ali məktəblərdə dərs vəsaiti kimi istifadə olunur, yüksək qiymətləndirilir. Azərbaycanın ən qədim dövrdən XV əsrə qədərki tarixi  işıqlandırılan  bu əsərdə Azərbaycan xalqının dünyanın ən qədim mədəni xalqlarından biri olduğu, onun məskunlaşdığı ərazinin isə zəngin təbii muzey kimi formalaşdığı sübuta yetirilir.

 Onun 1993- ildə nəşr edilmişƏsrlərdən gələn səslərəsərində Azərbaycan muğamları, aşıq musiqisi xüsusi peşəkarlıqla araşdırılmış, xalqımızın musiqi mədəniyyəti irsini ilk dəfə tarixi- etnoqrafik baxımdan qələmə alınmışdır.

Teymur müəllim  bunlara yuxusuz gecələri, gərgin elmi axtarışları sayəsində nail olub.

Onun qələmindən çıxmış 30-dan artıq monoqrafiya, 1000-dən artıq elmi əsəri Azərbaycan elminə dəyərli töhfədir. Bunlar isə deməyə əsas verir ki, Azərbaycan etnoqrafiya elminin son 50-60 illik inkişaf tarixi Teymur Bünyadovun adı ilə bağlıdır.

 Teymur müəllim öz ardıcıllarını yetişdirmiş, etnoqrafiya elmimizin gələcəkdə tədqiq olunmasını təmin etmişdir. Cəsarətlə demək olar ki, Azərbaycan etnoqrafiya elmində Teymur Bünyadov məktəbi formalaşmışdır.Onun rəhbərliyi ilə ilk dəfə üçcildlik fundamentalAzərbaycan etnoqrafiyası  hazırlanmış Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2004- il 12 yanvar tarixli sərəncamı ilə yüksək poliqrafik üsulla, çoxsaylı tirajla nəşr edilmişdir. Bu fundamental tədqiqat işinin baş redaktoru əsas müəllifi Teymur müəllimdir. 

Məhəmməd(s.) Peyğəmbərin alimlər haqqında dediyi:”Alimləri eşidin, çünki onlar dünyanın çırağı, axirətin nurudurlar”, “ Alimlərin digər insanlardan üstünlüyü on dörd gecəlik ayın ulduzlar üzərindəki üstünlüyü kimidirkəlamlarında böyük hikmət vardır. Doğrudan da bu gün cəmiyyətdə alim sözünün, alim tövsiyəsinin xüsusi çəkisi, sanbalı vardır.

Dağlıq Qarabağda baş verən hadisələr dövründə görkəmli alim gənclərə vətənpərvərlik, döyüş ruhu aşılamaq məqsədilə xalqımızın qəhrəmanlıq tarixindən bəhs edənQız var oğuldan qeyrətli”, “Cavanşir”, “Atropat”, “Babək”, “Şəmsəddin Eldəniz s. kimi elmi-populyar kitabçalar nəşr etdirmiş, məqalələr yazmış, radio televiziya efirlərində çıxış etmişdir. O, Azərbaycanın bir sıra bölgələrində əsgərlərlə, qaçqın məcburi köçkünlərlə görüşür, əhali arasında təbliğat ideoloji informasiya işini davam etdirir. T.Bünyadov müxtəlif illərdə Goranboy, Ağstafa, Qazax, Bərdə, Ağdam rayonlarında düşmənlə üzbəüz mövqelərdə olmuşdur.

Teymur Bünyadov qələmini bədii yaradıcılıq sahəsində sınamışdır. “Göz yaşları”, “Qız var oğuldan qeyrətli”, “Bir qız bir oğlanındır  üçcildlikXan çinar kölgəsində”, “Anam birdi, Vətən tək”, “Başı çalmalı dağlar  adlı bayatılar kitabları ilə həm özünü nasir, şair kimi təsdiq etmiş, ədəbiyyatımızı zənginləşdirmişdir. 

AMEA Arxeologiya Etnoqrafiya İnstitutunda ilk dəfə Teymur müəllim Azərbaycan Yazıçılar Birliyinə Azərbaycan Jurnalistlər Birliyinə üzv seçilib. Hazırda onun rəhbərliyi ilə ilk dəfə olaraq ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş üçcildlikQəbələnin tarixi”, “Qəbələ folkloru”, “Qəbələnin etnoqrafiyasıəsərləri nəşrə hazırlanmış, rus ingilis dilinə tərcümə edilmişdir. Bu əsərlərin ərsəyə gəlməsi Qəbələ bölgəsinə məhəbbət Teymur Bünyadovun ümumazərbaycan sevgisinin tərkib hissəsidir.

Akademik Teymur Bünyadov el ağsaqqalıdır, xalq arasında deyildiyi kimixeyir-şəradamıdır. Tələbələri, aspirantları, yoldaşları-həmkarları, onunla sıx ünsiyyətdə olan adamlar tərəfindən şəxsiyyət bütövlüyünə, həssas qəlbə, yüksək insani keyfiyyətlərə mədəniyyətə malik olması ilə Teymur Bünyadov həmişə sevilir.

Teymur müəllimin 85 illik yubileyini ürəkdən təbrik edir, ona cansağlığı arzulayırıq. Əminik ki, Azərbaycan etnoqrafiya elminin ağsaqqalı olan akademik Teymur Bünyadov bundan sonra da yazacaq, yaradacaq, elmə gətirdiyi yeniliklərlə, təbinin gücü ilə onu sevən milyonlarla oxucularını sevindirəcək, düşündürəcək, riqqətə gətirəcək, qəhrəmanlıqlarla dolu tariximizlə fəxr etməyə sövq edəcəkdir.

Ulu Tanrı bu işdə ona yar olsun! 

 





10.01.2013    çap et  çap et