525.Az

Quba məzarlığı may ayında yeni görkəmdə istifadəyə veriləcək


 

Quba məzarlığı may ayında yeni görkəmdə istifadəyə veriləcək<b style="color:red"></b> Ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımın sübutu olan Quba məzarlığındakı sümüklərin qorunması üçün onların hermetik şüşə altına salınması işlərinə mart ayından başlamaq nəzərdə tutulur.

Bunu Trend-ə Quba soyqırımı ekspedisiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Qəhrəman Ağayev bildirib.
Onun sözlərinə görə, sümüklər şüşə altına salınmazdan əvvəl təmizlənəcək. Sümüklərin üzərinə qoyulan məzarlığın ətrafı da şüşə ilə örtüləcək. Bu işlərin qısa zaman ərzində yekunlaşması və artıq mayın ortalarında məzarlığın istifadəyə verilməsi planlaşdırılır.

Həmin vaxtda məzarlıqla yanaşı, Quba Soyqırımı Memorial Xatirə Kompleksinin də istifadəyə verilməsi nəzərdə tutulur. Kompleks məzarlıqdan şimal-qərb tərəfdə - 100-120 metr aralıdadır.
Qeyd edək ki, Azərbaycan tarixi üçün çox əhəmiyyətli olan Quba məzarlığı 2007-ci il aprelin 1-də aşkarlanıb. 514 kvadratmetr sahəsi olan məzarlığın 494 kvadratmetr ərazisində tədqiqatlar aparılıb. Həmin ərazidə içi insan sümükləri ilə dolu olan 2 quyu və 2 arx aşkarlanmışdı. Həmin quyulardan biri baxımsızlıq üzündən 2007-2008-ci ildə dağılıb.
 





10.01.2013    çap et  çap et