525.Az

«Nabucco» səhmdarları və «Şahdəniz» konsorsiumunun üzvləri razılığa gəliblər


 

«Nabucco» səhmdarları və «Şahdəniz» konsorsiumunun üzvləri razılığa gəliblər<b style="color:red"></b>

«Nabukko» şirkəti ilə «Şahdəniz» konsorsiumunun üzvləri arasında əməkdaşlıq barədə razılıq əldə olunub.

 «Nabucco» Beynəlxalq Şirkətinin (NIC) yaydığı məlumata görə, «Nabucco» (NIC) şirkəti, NIC-nin səhmdarları (OMV, «BOTAŞ», BEH, «Transgaz», RWE, FGSZ) və potensial investorlar (ARDNŞ, BP, «Statoil» və «Total») bəzi prinsiplər üzrə razılığa gəliblər.
 
«APA-Economics»in məlumatına görə, bura «Şahdəniz» qazının Avropaya ixracı marşrutu üzrə edilən seçimə qədər «Nabucco West»in hazırlanma məsrəflərinin birgə maliyyələşdirilməsi, «Şahdəniz» konsorsiumunun «Nabucco West»in xeyrinə olan positiv kəmər seçiminin ardınca potensial investorlara NIC-də səhmdar kimi iştirak etmək üçün 50%-lik pay hissəsinin təqdim edilməsi daxildir.
 
Məlumatda bildirilir ki, bu razılıq «Nabucco» səhmdarları, NIC və potensial investorlar arasında Pay Hissəsi və Maliyyələşmə Razılaşması üzrə əldə olunub.
 
Həmçinin, «Şahdəniz» konsorsiumu, NIC və «Nabucco» səhmdarları «Nabucco West»in sonrakı inkişafı və «Şahdəniz-2» istiqamətində Əməkdaşlıq Müqaviləsi üzrə də razılığa gəliblər. «Hər üç müqavilə yekunlaşmaq üzrədir və qısa zamanda Vyanada müvafiq tərəflər arasında imzalanacaq», - deyə məlumatda bildirilir.

Bununla yanaşı qeyd olunur ki, «Şahdəniz» qazının Avropaya ixracı marşrutu üzrə boru seçimi ilə bağlı son qərarın isə 2013-cü il iyunun 30-da «Şahdəniz» konsorsiumu tərəfindən veriləcəyi gözlənilir.

 





10.01.2013    çap et  çap et