525.Az

Lənkərana yağan leysan yağışlardan sonra dəymiş ziyan hesablanır


 

Lənkərana yağan leysan yağışlardan sonra dəymiş ziyan hesablanır<b style="color:red"></b>

Lənkərana yağan leysan yağışlardan sonra vətəndaşlara dəymiş ziyan hesablanır.
 
Bunu Trend-ə Lənkəran Şəhər İcra Hakimiyyətindən bildiriblər.

İcra Hakimiyyətindən verilən məlumata görə, hazırda Fövqəladə Hallar Komissiyasının əməkdaşları əraziyə baxış keçirir və zərər görmüş evləri siyahıya alır:
 
“Əsas ziyan görən ərazilər çayların yamaclarına yaxın kəndlərdir. Hələlik neçə evin ziyan gördüyünü konkret demək çətindir. Nəticələrlə bağlı əraziyə baxışdan sonra məlumat veriləcək”.

Lənkəranda leysan yağışların yağması dünən də davam edib.

Qeyd edək ki, oktyabrın 30-da Lənkəranda daxil olmaqla cənub zonasının bir sıra rayonlarında leysan yağışlar yağıb. Leysan təsərüffat və evlərə ciddi ziyan vurub.

 





03.11.2015    çap et  çap et