525.Az

Bayrağımıza qarşı hörmətsizlik edənlər cəzalandırılıb


 

Bayrağımıza qarşı hörmətsizlik edənlər cəzalandırılıb<b style="color:red"></b>

“Bayrağımıza qarşı edilən sayğısızlıqla bağlı tədbirlər görülüb”.

Bu sözləri Modern.az saytına açıqlamasında Qazax rayonundan seçilmiş deputat Əhməd Vəliyev deyib. O bildirib ki, rayonda keçirilən tədbirdən sonra Azərbaycanın üçrəngli bayrağını hörmətsiz şəkildə traktorun çanağına tullayan şəxslər sadə işçilər olub. Deputatın sözlərinə görə, onların etdiklərini ancaq səhlənkarlıq, diqqətsizlik, savadsızlıq kimi qiymətləndirmək olar.

”Bu məlumat və foto xəbər saytlarında yayımlanmazdan əvvəl həmin işçilər öz cəzalarını alıblar. Bəzilərinə töhmət verilib. Mən belə hesab edirəm ki, bu təsadüfi olan bir hadisədir. Olay istər rayonun icra başçısı, istərsə də digər rəhbər işçilər olsun, onlarla əlaqəli hadisə deyil”.

Əhməd Vəliyev eyni zamanda  özünün də bu məsələ ilə bağlı araşdırma apardığını deyib və rayon rəhbərliyinə bayrağa belə laqeyd münasibəti olan insanların işə götürülməməsini təklif edib.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Qazax rayonunda keçirilən bayraq festivalından sonra bayrağımıza qarşı hörmətsizliyi əks etdirən foto yayılmışdı. Fotodan göründüyü kimi, festivaldan sonra rayon mərkəzindən yığışdırılan bayraqlar traktor vasitəsilə daşınıb.

 





10.01.2013    çap et  çap et