525.Az

"Təhsil Nazirliyi xaricə oxumağa gedən gənclər üçün narahatdır"


 

"Təhsil Nazirliyi xaricə oxumağa gedən gənclər üçün narahatdır"

"Təhsil Nazirliyi azərbaycanlı gənclərin xarici ölkələrin ali məktəblərinə imtahansız və yüngül şərtlərlə qəbulundan narahatdır".

525.az-ın məlumatına görə bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Qulu Novruzov deyib. Nazir müavini bildirib ki, nazirlik xaricdə təhsil almaq istəyən Azərbaycan vətəndaşlarının daha nüfuzlu, təhsil səviyyəsi daha yüksək olan, qəbul üçün daha ağır şərtləri olan müəssisələrdə təhsil almasını istəyir:

"Azərbaycanlı gənclərin heç bir imtahan, xüsusi akademik baryerlər olmadan ali məktəbə qəbul olması hamıdan çox Təhsil Nazirliyini narahat edir. Biz maraqlıyıq ki, azərbaycanlı gəncləri qəbul edən təhsil müəssisələrində qəbul üçün güclü şərtlər, akademik tələbələr olsun".

Q. Novruzov deyib ki, bununla belə, Azərbaycan Təhsil Nazirliyi nə Ukraynanın, nə Böyük Britaniyanın, nə ABŞ-ın, nə də qonşu Gürcüstanın xarici ölkə vətəndaşlarını ali məktəblərə qəbul qaydalarını dəyişməsində iddialı ola bilməz.

Çünki hər ölkənin öz daxili qaydaları var. Nazir müavini vurğulayıb ki, dünyanın hər yerində xarici ölkə vətəndaşlarını xarici təhsil müəssisələrində daxili qanunvericilik əsasında yerləşdirilər. Azərbaycanda da xarici ölkə vətəndaşları Nazirlər Kabinetinin təsdiqlədiyi "Xarici ölkə vətəndaşlarının Azərbaycanda təhsil alması haqqında əsasnamə" əsasında ali məktəblərə qəbul edilirlər.

S.QARAYEVA

 





19.09.2012    çap et  çap et