525.Az

Daşkəsəndəki ölümə görə korpus komandiri, hərbi hissə komandiri cəzalandırıldı


 

Daşkəsəndəki ölümə görə korpus komandiri, hərbi hissə komandiri cəzalandırıldı<b style="color:red"></b>

Azərbaycan Ordusunun əsgəri Ceyhun Qubadovun müəmmalı ölümü ilə bağlı müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bir sıra əmrlər imzalayıb.

Müdafiə Nazirliyindəki mənbələrdən APA-ya daxil olan məlumata görə, naziri əmri ilə hadisənin baş verdiyi N saylı hərbi hissənin tabe olduğu Şəmkir hərbi birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərova töhmət elan edilib.
 
Hərbi hissə komandiri polkovnik-leytenant Polad Həşimovun rütbəsi mayor rütbəsinə endirilib.
 
Bundan başqa, hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini və bölük komandiri vəzifələrindən azad olunub.

 





11.01.2013    çap et  çap et