525.Az

Atəşkəs pozulub


 

Atəşkəs pozulub<b style="color:red"></b> Cəbhə xəttində atəşkəs növbəti dəfə pozulub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Mərzili, Şirvanlı və Şuraabad, Füzuli rayonunun Qorqan, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.
 





11.01.2013    çap et  çap et