525.Az

Arzu Rəhimov Sumqayıtda vətəndaşları qəbul edəcək


 

Arzu Rəhimov Sumqayıtda vətəndaşları qəbul edəcək<b style="color:red"></b> Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov noyabrın 19-da Sumqayıt şəhər idarəsinin inzibati binasında Abşeron, Qubadlı və Sumqayıt (şəhər) rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək.
 
Xidmətdən APA-ya verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşların noyabrın 18-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon (şəhər) idarə, şöbə və bölməsinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.
 





05.11.2015    çap et  çap et