525.Az

Yağışdan sonrakı torpaq kimiyəm...


 

Yağışdan sonrakı torpaq kimiyəm...<b style="color:red"></b>

Anar YUSİFOĞLU

Bu gün ilin ilk qarı yağacaq, deyəsən: torpaq Göydən gələnə hazır görünürgecə qaranlığında pəncərədən düşən işıqda getdikcə bərkiyən damlalar torpağın ovcuna yığıldıqca ürəyim üşüyür.

Torpağın hərarəti sovulduqışı gəldi.

lll

Torpaq da insan kimidironun da tənhalığı, yalqızlığı olur. Hər dəfə qar yağmağa başlayanda torpağın ağappaq örtüyün altında özünü, kimliyini gizlədib, tənhalığa çəkilir.

Bir baharın nəfəsi dəyəndə canlanır, yaz yağışından sonra donu açılır, üzü gülür, çiçəyi açılır.

Fəsillər torpağın özünü ifadə formasıdır: dodaqlarının cadar-cadar olduğu, bir udum sevgiyə həsrət qaldığında yay, saralıb solduğunda payız, tənhalığa yalqızlığa çəkildiyində qış gələr...

İnsan da torpaq kimidir... – yalnız hər ikisinin öz ifadə şəkli var:

Torpaq yalqızlığını gecə-gündüz demədən qış yuxusunda keçirər; insan yalqızlığında yuxunun Onunla birgə gəlişini gözlər.

Torpaq qışda donmaz, yayda qovrulmaz; insan sənsizlikdə donar, soyuqluğunda hərarəti artar, istidən qovrular;

Torpağın hər gün Günəşi batar, hər gün oyanar; insanın Günəşi bir dəfə batar!

Torpaq insandan bəxtəvərdir: həm başına dönəni, həm başına döndüyü var; insanın isə seçimi yoxduryalnız başına döndüyü olur;

Torpaq insandan bədbəxtdir: ildə cəmi bir baharı olur; insanın isə baharı hər gün gələ bilər;

Torpağın bəxtəvərliyinə baxbilir ki, baharı mütləq gələcək; bədbəxtdir insanömrünü qışda da bitirə bilər;

Torpağa düşən yağışGöyün göndərdiyi sevgi məktubudur: qışda yuxudan oyadar, yay həsrətində cadar-cadar olmuş üz-gözünü bir anda sığallar; yalnız yağışdan sonra torpaq öz ətrini aləmə yayar. İnsanın göz yaşıürək alovunun üstündən əsən həsrət mehidir: qəlbin qoxusunu qətrə-qətrə ətrafa bəyan edər.

Torpağın canına çəkdiklərinin ağrısından tökdüyü göz yaşları az deyil, amma dənizləri daşırmaz; insanın canına çəkdiyi üçün tökdüyü göz yaşı da ürəyini doyurmaz;

Torpağın yolu çoxdurhamısı bir məkana aparsa da; insan ürəyininsə başqa yolu yoxdur...

Torpaq heç vaxt yaddan çıxmır, insansa ürəkdən...

lll

Bu gün qar yağacaq, deyəsən: torpağın hərarəti sovuldu, qış fəsli gəldi. Sənin soyuqluğunun fəslini bir bilsəydim...

Yarımız torpağın altındadı; ikimizin yarısı da tənhalıqdı.

Bir bilsəydim bu soyuqluğunun səbəbini... mən qrip olmazdım. Bu, qripin yox, sənsizliyin istiliyidi. Hələ üşütməsi gəlməyib...

 





11.01.2013    çap et  çap et