525.Az

“Dini liderlərin görüşünün Dağlıq Qarabağ ərazisində keçirilməsi daha məqsədəuyğundur”


 

“Dialoqun təşkili rəsmi Bakının dəstəklədiyi əsas prioritetlərdəndir”

“Dini liderlərin görüşünün Dağlıq Qarabağ ərazisində keçirilməsi daha məqsədəuyğundur” <b style="color:red"></b>

Ermənistanın dini lideri II Qareginin Azərbaycanın dini lideri, Şeyxülİslam Hacı Allahşükür Paşazadəyə Dağlıq Qarabağ ərazisində görüş təklf etməsi bütün hallarda diqqətçəkən hadisədir”.

Bunu 525.az-a açıqlamasında Siyasi İnnovasiya Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

 

Onun sözlərinə görə, II Qaregin Ermənistan Prezidenti Serj Sarkisyanla hədsiz yaxınlığı ilə seçilir: “O nəinki Ermənistanda, ümumiyyətlə, dünya erməniləri arasında qriqorianlığı prezident Sarkisyanın xidmətçisinə çevirib. Ermənistanla Türkiyə arasında Sürix protokollarına II Qareginin mövqeyi Sarkisyanı dəstəkləməkdən ibarət oldu. Digər ölkələrdəki ermənilər, o cümlədən erməni kilsələri etiraz etsələr , II Qaregin mövqeyini Sarkisyanın mövqeyindən fərqləndirmədi. II Qaregin Sarkisyanın Dağlıq Qarabağ siyasətinə bələddir onun bu siyasətinin reallaşmasında iştirak edir. Sarkisyanın Dağlıq Qarabağa səfərləri zamanı II Qaregin onu həmişə müşayiət edib. Xaricdən gələn bütün qonaqları qəbul edir Dağlıq Qarabağ məsələsində Ermənistana kömək etməyi onlardan xahiş edir”.

 

M.Əhmədoğlu hesab edir ki, Gürcüstandakı nümayəndəsi V.Mirzəxanyanın dilindən Dağlıq Qarabağda görüşlə bağlı səslənmiş fikri II Qareginin digər nümayəndəsi vasitəsilə israrla təsdiq etdirməsi diqqətdən yayınmamalıdır. O, Ermənistan dövlətçiliyinin təhlükədə olmasının da bu məsələdə müəyyən rol oynayacağını deyib: “Sarkisyanın Dağlıq Qarabağa azərbaycanlıların daxil olmasına qadağa qoyması sirr deyil. O da nəzərə alınmalıdır ki, Ermənistan mətbuatı II Qaregini Paşazadəni Qarabağa dəvətindən imtina etməyə təkid edir. Ermənistanın dövlətçiliyi ətafındakı təhlükələr ölkə rəhbərliyində Dağlıq Qarabağ məsələsi üzrə vasitəçilərin iştirakı olmadan Azərbaycanla dialoqa ehtiyac yarada bilər. Sarkisyan başa düşür ki, vaxtilə Ermənistanla müttəfiqlik etmiş qüvvələr vaxtsa Dağlıq Qarabağı Ermənistandan alıb Azərbaycana qaytaracaqlar. Bu proses üzrə həlqə Ermənistanın ətrafında getdikcə daralır. Dağlıq Qarabağ münaqişəsinin real tənzimlənməsi Dağlıq Qarabağ azərbaycanlıları oraya qayıtdıqdan sonra başlayacaq. Tənzimləmə prosesinin qədər davam edəcəyini heç kim deyə bilməz. Lakin Dağlıq Qarabağın statusunun erməni azərbaycanlı icmaları tərəfindən müəyyən edilməsi artıq razılaşdırılıb. Azərbaycan-Ermənistan sərhədində görüş xətrinə keçirilən görüşdən Dağlıq Qarabağ ərazisində keçirilən görüş daha əhəmiyyətlidir”.

 

Politoloqun fikrincə, Azərbaycan üçün indiki parametrlərdə bu görüşün heç bir ziyanı yoxdur. O, hesab edir ki, Dağlıq Qarabağın erməni azərbaycanlı icmaları arasındakı dialoqun təşkili rəsmi Bakının dəstəklədiyi əsas prioritetlərdəndir: “Azərbaycanın dini lideri Dağlıq Qarabağa görüşə gedərkən rəhbərlik edəcəyi nümayəndə heyətinin tərkibinin böyük əksəriyyətinin Dağlıq Qarabağ azərbaycanlılarından ibarət olmasına nail ola bilər. Dini liderimizin başçılıq etdiyi, əksəriyyəti Qarabağ əsilli ziyalılardan ibarət nümayəndə heyətinin Dağlıq Qarabağa Ağdam rayonu ərazisindən daxil olması vacib şərtdir”.

 

AQİL
 





11.01.2013    çap et  çap et