525.Az

Ceyhun Qubadov bizim deyil ki?..


 

Ceyhun Qubadov bizim deyil ki?..<b style="color:red"></b>

İlham Tumas

Mən bu yazını Ceyms CoysunUlissromanının lib.ru.dan götürdüyüm vördsəhifəsinə köçürdüyüm mətnini pozaraq yazmağa başladım. , mənim noutbukumunİşçi masasında belə fayllar çoxdur. Onları xoş gün üçün saxlayıram. Xoş gün üçün saxlayıram ki, vaxtım olanda oxuyum, ya təzədən oxuyum... Ancaq bu dəfə bir əsgərimizin ölümüylə bağlı xəbərlər məni xoş günə yox, naxoş günlərə apardı mən əlim əsmədən Ceyms Coysun romanını buradan sildim. Bilirəm, Coysun romanını yenə internetdən tapacam, oradan kompüterimə endirəcəm, ancaq vəfat eləyən əsgərimizin həyatını mənə, bizə heç kim qaytarmayacaq, heç kim bu gənci bizə endirməyəcək, onu bizimki eləməyəcək.

 

Mən əməkdaşlıq elədiyim Lent.az saytında əsgərimizin ölümündən sonra çəkilmiş şəkillərini gördüm, hamı kimi ağrıdım, zülm çəkdim. Ancaq illər əvvəl Murovun qarlı zirvəsində həlak olmuş bir əsgərimizi xatırladım. Mən bilirəm, inanıram ki, siz bilməsəniz , mənə inanarsınız. Günlərin birində dəniz səviyyəsindən neçə kilometr neçə metr yüksəklikdə yerləşənNsaylı posta gedən bir əsgər qarlı mövqedə dayanan yoldaşlarına lazımi ərzağı yanacağı qaldırıb aşağı düşəndən vur-tut 10 dəqiqə sonra həyatını itirmişdi. , həmin əsgər mənim durduğum yüksəkliyin qonşuluğundakı digər yüksəkliyə düz 6 saat yol qət eləmiş, orada dayananların gözlədikləri ərzağı, yanacağı çatdırmış yenə həmin yolu geri qayıdandan 10 dəqiqə sonra taburunblindajının qabağındaca yerə yıxılmış, şəhid olmuşdu. Mən bunları yaxşı bilirəm, ona görə filan yerdə əsgər öldüxəbərini, bəlkə amansız da olsa, sakit qarşılayıram. Mən indi şəhid olan əsgərimizin şəkillərini görürəm yenə yadıma günlərin birində Murovun tarına, yəni qar uçqununa düşən bir əsgərimizi xatırlayıram. Rəhmətliyin cənazəsini hərbi hospitala mən aparmışdım. Hər yeri salamat idi... Tərtəmiz... Axı, uzun müddət qar uçqununun altında qalmışdı. O vaxtı xidmət elədiyim hərbi hissəninsapyorlarıhəftələrlə beşmərtəbə boyda qar dağının altından onu çıxarmışdılar. , tərtəmiz idi, bircə gözləri, gözləri yerində yox idi...

 

İndi mülki vətəndaşam, ancaq yenə mülki vətəndaşların orduda əsgər ölümlərinə belə qəzəbli reaksiyalarını anlayaram. , bir əsgərin ölümü millətin, dövlətin, bir atanın, bir ananın, qardaş-bacının ölümü, zülmü deməkdi. Ancaq mən hər əsgər ölümünə görə kor-koranə ordunu, həmin əsgərin xidmət elədiyi hərbi hissənin rəhbərliyini qınamağı qəbul eləyə bilmirəm. Hamı elə bilir ki, oğlunu hərbi xidmətə göndərməklə onu Vətəni qorumağa yox, özünü qorumağa göndərir. Hamı elə hesab edir ki, oğlunu hərbi xidmətə yox, siz məni bağışlayın, uşaq bağçasına göndərir, saat tamam olan kimi onu gedib oradan götürməlidir. Hamı elə bilir ki, əsgər ölümü ordunun, hərbi hissənin rəhbərliyi, onun əsgər, zabit yoldaşları üçün toy-bayramdı. Vallah, elə deyil... Onların hamısı hamıdan az əziyyət, az zülm, az vicdan əzabı çəkmirlər...

 

Mən mənasız əsgər ölümlərini lənətləyirəm, mən orduda özbaşınalığın, dərəbəyliyin əleyhinəyəm bunların həqiqətən cəzasız qalmasını əclaflıq hesab edirəm. Ancaq hər əsgər ölümündən sonra sosial şəbəkələrdə, mətbuatda yayılan məlumatlara uyub buna görə ordunu lənətləyənləri lənətləyirəm. Bu günlərdə Daşkəsən dağlarında şəhid olan bir əsgərimizin fotoları sosial şəbəkələrdə, saytlarda yayılıb geniş şərhlərə, hətta ali mənsəb insanlarımızın açıqlamalarına səbəb olub. Birincisi, mən bu fotoların haradan necə götürüldüyünü bilmək istəyirəm. Allah uzaq eləsin, avtomobil qəzasına düşənlərin fotolarının belə yayımlanmadığı bir məmləkətdə bunları kimin, məqsədlə yaymağı mənim üçün maraqlıdır. Axı, fotodan bir insanın soyuqdan, ya döyülmədən, ya da yıxılmadan həlak olduğunu bilmək asan deyil. Onda daha ekspertiza-filanı neynirdik? Ömürlərində insan ölüsü görməyənlərin kölgəli şəkillərdən qeyzə gəliblənət olsun, onu öldürüblərdeməkləri düzgündürmü? Özünüz düşünün, fotodan hamımızın yığışıb bütün ordunu, əsgərin həlak olduğu hərbi hissəni lənətləməyimiz kimə, nəyə lazımdır?

 

...Bir neçə gün əvvəl millət vəkili Qənirə xanım Paşayevanı mərd bir addımına görə müdafiə eləmişdim. Bu gün isə xanım deputatımızı mətbuatda yayılmış şəhid əsgərimizin fotosundan qeyzə gəlibhadisə baş verən hərbi hissənin rəhbərliyi nəinki tutduqları vəzifədən kənarlaşdırılmalıdır, qanunlar qarşısında cavab verməlidirfikrinə görə qınayıram. Axı, fotodan bir insanın soyuqdan, ya döyülmədən, ya yıxılmadan həlak olduğunu bilmək asan deyil. Onda daha ekspertiza-filanı neynirdik?.. Belə getsə, şəhidlərə ancaq ata-ana ağlayacaq... Onda şəhidlər kimin olacaq? Ceyhun Qubadov bizim deyil ki?.. 

 ilham-tumas@mail.ru
 

 

 





11.01.2013    çap et  çap et