525.Az

Əsgər ölümü ilə bağlı aksiyaya rəsmi xəbərdarlıq


 

Əsgər ölümü ilə bağlı aksiyaya rəsmi xəbərdarlıq<b style="color:red"></b>

Daxili İşlər Nazirliyi (DİN) əsgər Ceyhun Qubatovun ölümü ilə bağlı Azərbaycan gənclərinin yanvarın 12-də saat 16:00-da Fəvvarələr meydanında aksiya keçirəcəyi ilə bağlı münasibət bildirib.

DİN-nin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov SalamNews-a bildirib ki, əsgərin ölümü təkcə gəncləri deyil, ümumilikdə hamımızı narahat edir. Bununla bağlı respublika Baş Prokurorluğunda cinayət işi qaldırılıb və istintaq aparılır. Bu hadisəyə hüquqi qiymət verilməsi üçün dövlət tərəfindən qanunauyğun tədbirlər həyata keçirilir.

Onun sözlərinə görə, bununla bağlı keçiriləcək aksiya, hər bir hərəkət ölkə qanununa uyğun olmalıdır: "Sərbəst toplaşmaq haqqında" qanun tələb edir ki, aksiyaların keçirilməsi barədə əvvəldən Bakı şəhər İcra Hakimiyyətinə və şəhər icra orqanlarına məlumat verilməlidir. İcra orqanları aksiyanın keçirilməsi ilə bağlı yer və vaxt müəyyən etməlidir.

Ona görə də təşkilatçılar aksiya barədə müvafiq qurumlara məlumat verməlidirlər. Əgər razılaşdırılmamış hər hansı kütləvi tədbir baş tutarsa, bu, qanuna zidd hərəkət hesab olunacaq. Bu baxımdan aksiyaların qanunsuz təşkili yolverilməzdir və bunun qarşısı qanunauyğun şəkildə alınacaq."

 





11.01.2013    çap et  çap et