525.Az

Sürücülərin nəzərinə: yollar buz bağlayacaq


 

Sürücülərin nəzərinə: yollar buz bağlayacaq<b style="color:red"></b>

Sabah Azərbaycan ərazisində havanın temperaturu nisbətən yüksələcək.

525.az-ın məlumatına örə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, Bakıda və Abşeron yarımadasında yanvarın 12-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir. Mülayim qərb, cənub-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-3 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir. Yanvarın 11-dən 12-nə keçən gecə və səhər şəhərətrafı yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında yanvarın 12-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.

 





11.01.2013    çap et  çap et