525.Az

Argentina və Azərbaycan turizm şirkətlərinin nümayəndələri arasında işçi görüşü


 

Argentina və Azərbaycan turizm şirkətlərinin nümayəndələri arasında işçi görüşü <b style="color:red"></b>

Argentina və Azərbaycanın aparıcı turizm şirkətlərinin nümayəndələri arasında işçi görüşü keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, Argentinanın aparıcı turizm şirkətlərinin nümayəndələri tanışlıq məqsədilə Azərbaycana səfərə gəliblər.

Səfərin məqsədi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Argentinadakı səfirliyi və “Türk Hava Yolları”nın birgə təşkilatçılığı ilə Azərbaycana turistlərin cəlb olunması, həmçinin Argentina ilə ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi və turizm imkanlarının tanıdılmasıdır.

Səfər çərçivəsində Argentinanın aparıcı turizm şirkətləri ilə Azərbaycanın turizm şirkətləri arasında işçi görüşü keçirilib.

Görüşdə “Geo-travel”, “Improtex travel”, “Regea travel”, “Millennium Tourism and Congress DMC”, “Atlas travel”, “Gilan Tourism”, “Victory tour”, “Spektr travel” və “Turizm.az” turizm şirkətləri iştirak edib.

Tədbir çərçivəsində qarşılıqlı turist mübadiləsinə dair danışıqlar aparılıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Səfər çərçivəsində qonaqlar paytaxt Bakı ilə yanaşı, Qəbələ və Şəkiyə səfər edərək bu regionların turizm potensialı ilə yaxından tanış olacaqlar.

 





06.11.2015    çap et  çap et