525.Az

Zakir Qaralov əsgər Ceyhun Qubadovun anasını qəbul edib


 

Zakir Qaralov əsgər Ceyhun Qubadovun anasını qəbul edib<b style="color:red"></b>

Samirə Qubadova: “Hadisə ilə bağlı iki nəfər tutulub”

Azərbaycan Ordusunun əsgəri Ceyhun Qubadovun ölümü ilə bağlı iki nəfər həbs olunub. Bu barədə APA-ya mərhum əsgərin anası Samirə Qubadova məlumat verib.

S. Qubadova baş prokuror Zakir Qaralovun bu gün onu qəbul etdiyini deyib: “Baş prokuror bildirdi ki, cinayət işi xüsusi nəzarət altında davam etdirilir”.

O qeyd edib ki, hadisə ilə bağlı şübhəli bilinən iki nəfər - bir əsgər və bir zabitin həbs edilməsi barədə də ona məlumat verilib.

 

 





11.01.2013    çap et  çap et