525.Az

“Qarabağ” qəzeti yenidən həftəlik yayıma başladı


 

“Qarabağ” qəzeti yenidən həftəlik yayıma başladı<b style="color:red"></b>

Oktyabr ayından başlayaraq “Qarabağ” qəzeti həftəlik yayıma başlayıb.

Bu barədə “525”ə qəzetin redaktoru Salman Alıoğlu məlumat verib.

Qəzetin yaranma tarixi barədə danışan S.Alıoğlu qeyd edib ki, mətbu orqanın ilk sayı 1990-cı ilin iyul ayında işıq üzü görüb: “Qəzet Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə Dağlıq Qarabağ üzrə Respublika Təşkilat Komitəsinin mətbu orqanı kimi təsis edilib, orada yaşayan azərbaycandilli oxucular üçün nəzərdə tutulub.

Redaktor bildirib ki, “Qarabağ” qəzeti Sovet hakimiyyəti dağıldıqdan sonra müstəqil olaraq fəaliyyətini davam etdirib: “Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi səbəbindən “Qarabağ” qəzetinin fəaliyyətində fasilələr yaranır və daha sonra -  1993-cü ildən  Bakıda nəşr olunmağa başlayır.

İctimai-siyasi, tarixi-etnoqrafik qəzet olan “Qarabağ” Çingiz Tofiqoğlunun baş redaktorluğu ilə fəaliyyət göstərir. Qəzet uzun illər dövlət xadimi, iki çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuş Rafiq Xələfovun himayəsi altında olub. Sonralar isə qəzet yaşadığı maddi problemlər səbəbindən fasilələr yaşayıb. Hazırda isə mətbu orqan yenidən köhnə günlərinə qayıdır”.

S.Alıoğlu əlavə edib ki, “Qarabağ” qəzeti fəaliyyətə başladığı gündən bəri öz səhifələrində ermənilərin əlilə xalqımızın başına gətirilən müsibətlər, erməni vandalizmi, torpaqlarımız uğrunda canını qurban verən şəhidlərimizin qəhrəmanlığından söhbət açır: “Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynayan qəzetin arxivində Qarabağ müharibəsinin xronoloji tarixi bu gün də qorunub saxlanılır. Qəzetin səhifələrində Qarabağın tarixi, maddi-mədəniyyət abidələri, görkəmli elm və mədəniyyət xadimlərinin həyat və yaradıcılığı və məcburi köçkün həyatı yaşayan vətəndaşlarımızın üzləşdiyi problemlərə yer verilir.

Qeyd edək ki, qəzetin təsisçisi redaksiyanın yaradıcı kollektividir. Qarabağ” qəzeti redaksiyanın kompüter mərkəzində yığılır, səhifələnir və “Azərbaycan” nəşriyyatında çap olunur.

Ceyhun ABASOV

 





07.11.2015    çap et  çap et