525.Az

Avropa Parlamentinin deputatları Metsamor AES-lə bağlı Avropa Komissiyasına sorğu göndəriblər


 

Avropa Parlamentinin deputatları Metsamor AES-lə bağlı Avropa Komissiyasına sorğu göndəriblər<b style="color:red"></b>

Avropa Parlamentinin deputatı Bart Staes (Belçika) və Ulrike Lunaçek (Avstriya) Avropa Komissiyasına Cənubi Qafqazda nüvə təhlükəsizliyi və Metsamor AES-in fəaliyyətinə həsr olunmuş yazılı sorğu göndəriblər.

 Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, deputatlar sorğuda ötən əsrin 60-cı illərində yığılmış sovet modelli reaktorun istifadə olunduğu, 32 ildir istismar edilən Metsamor AES-in fəaliyyətindən narahatlıq ifadə ediblər.
 
Onlar qeyd ediblər ki, bu AES aktiv seysmik zonada yerləşir. “1988-ci ildə bu atom-elektrik stansiyasından 100 kilometr uzaqlıqda Rixter şkalası üzrə 6,9 bal gücündə zəlzələ baş verib. Nəticədə AES tam şəkildə bağlanıb, lakin ermənilərin Dağlıq Qarabağa və ətrafdakı yeddi rayona təcavüzü nəticəsində Azərbaycanla 1988-1994-cü illərdə baş verən münaqişənin yaratdığı enerji böhranı səbəbilə stansiyanın bir reaktorunun işi bərpa edilib.
 
Deputatlar sorğuda Avropa Komissiyasının regionda nüvə təhlükəsinin azaldılması, Avropa ilə sərhəddə yeni “Fukusima təhlükəsi”nin qarşısının alınması üçün hansı tədbirlər görə biləcəyi, Avropa Komissiyasının Metsamor AES-in bağlanması üçün Ermənistana  təsir edib-etməyəcəyi ilə maraqlanıblar.

 





11.01.2013    çap et  çap et