525.Az

Dövlət Komitəsi bu qəndin istehsalını qadağan etdi- Fotolar


 

Dövlət Komitəsi bu qəndin istehsalını qadağan etdi- <b style="color:red">Fotolar</b>

Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İ.Abbasov küçəsi 6 ünvanında fəaliyyət göstərən fiziki şəxs Ramiz Ağahüseynova məxsus sexdə dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Komitədən 525.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, müəssisədə sanitariya norma və qaydalara uyğun gəlmədən, natəmiz şəraitdə, məhsul üçün müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat olmadan rafinə edilmiş, preslənmiş qənd istehsal olunur. İstehsal olunan məhsulun təhlükəsizlik göstəricilərinin yoxlanmasını təsdiq edən gigiyenik sertifikat yoxdur ki, bu da «Yeyinti məhsulları haqqında» Qanununun 7-ci maddəsinin tələblərinə uyğun deyil. Məhsulun markalanması QOST 22-94 (3.5.1) standartına uyğun aparılmır. İstehsalda istismar olunan ölçmə vasitələri «Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında» Qanununun 11.1-ci bəndinə zidd olaraq müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunur. Müəssisədə məhsulların müvafiq keyfiyyətdə sabit istehsalına şərait yoxdur. Belə ki, xammalların hazır məhsulların saxlandığı anbar da sanitariya normalarına cavab vermir.

Aşkar olunmuş nöqsanlarla əlaqədar olaraq fiziki şəxs Ramiz Ağahüseynova məxsus sexdə rafinə edilmiş, preslənmiş qəndin istehsalı satışı qadağan edilib.

BƏXTİYAR






 





11.01.2013    çap et  çap et