525.Az

“Qarabağ həqiqətləri” Ağcabədi gənclərinin gözü ilə


 

“Qarabağ həqiqətləri” Ağcabədi gənclərinin gözü ilə<b style="color:red"></b>

Ağcabədidə gənclər Qarabağ həqiqətləri, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması mövzusunda maarifləndiriliblər.

525.az-a verilən məlumata görə, “İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycanın haqq səsinin dünyaya çatdırılması mövzusunda cəbhəyanı ərazilərdə gənclərlə maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində keçirilən seminar auditoriyanın böyük marağına səbəb olub.

“İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov gənclərə seminarın məqsədi, qarşıya qoyulan vəzifələr haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən layihə Azərbaycanın haqq səsinin dünyaya daha geniş şəkildə çatdırılmasına töhfə vermək məqsədi daşıyır.

Təşkilatın icraçı direktoru Mürsəl Behbudlu, Gənclər üçün Təhsil Mərkəzi Qarabağ ofisinin rəhbəri Radə Qafarova və başqaları Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində həyata keçirilən dövlət tədbirləri, informasiya müharibəsi anlayışı, Azərbaycan diasporunun fəaliyyəti, İKT resurslarının Qarabağ savaşındakı rolu və gənclərin üzərinə düşən məsuliyyətdən danışıblar.

Seminarda çıxış edən ekspert İmran Yaqubzadə gənclərin diqqətini Azərbaycan-Türkiyə əməkdaşlığı, kiberhücumlardan qorunma yolları, proqramlaşdırma dilləri və digər məsələlərə yönəldərək, gəncləri maraqlandıran sualları cavablandırıb.

Sonda gənclərə ölkəmizlə bağlı məlumatların paylaşılması, bloq yaratmaq qaydaları, sosial şəbəkələrdən səmərəli istifadə, vikipediyada qeydiyyatdan keçmək və digər məsələlər izah edilib.

 





10.11.2015    çap et  çap et