525.Az

Rusiyada işləməyə gedən müsəlman qadınlara hicabla şəkil çəkdirməyə icazə verildi


 

Rusiyada işləməyə gedən müsəlman qadınlara hicabla şəkil çəkdirməyə icazə verildi<b style="color:red"></b> Rusiyada işləməyə gedən müsəlman qadınlar sənəd üçün hicabla şəkil çəkdirə bilərlər.
 
Bu barədə Trend "İnterfaks"a istinadən məlumat verir.

Bu, Federal Miqrasiya Xidmətinin (FMX) rəhbəri Konstantin Romodanovskinin imzaladığı əmrdən irəli gəlir.

Əmrdə deyilir: "Dini etiqadları baş geyimi olmadan yad adamlar qarşısında görünməyə icazə verməyən insanların üz çevrəsini gizlətməyən baş geyimlərində şəkil çəkdirməsinə icazə verilir. Üst geyimdə, çənənin bir hissəsini bağlayan şərflə şəkil çəkdirməyə icazə verilmir".

"Həmin tələblər RF-də pasportlar üçün şəkil çəkdirməyə olan tələblərlə eynidir", - FMX-nin mətbuat katibi Zalina Kornilova deyib.

FMX-dən bildiriblər ki, həmin qaydalar müxtəlif dinlərə etiqad edən insanlara aiddir.
 





11.01.2013    çap et  çap et