525.Az

Türkiyə sərhədində şiddətli toqquşmalar


 

Azad Suriya Ordusu sərhəd-keçid məntəqəsini ələ keçirib

Türkiyə sərhədində şiddətli toqquşmalar

Azad Suriya Ordusu Şanlıurfanın Akçakale qəsəbəsindəki Telebyad sərhəd-keçid məntəqəsinin Suriyaya aid hissəsini ələ keçirib.

525.az Türkiyə mediasına istinadən xəbər verir ki, sərhəddə Suriya ordusu ilə müxaliflər arasında güclü toqquşmaların davam etdiyi bildirilir.

Atışma zamanı ətrafa saçılan güllələr bir qadın və bir uşağa dəyib. Yaralılar Akçakale qəsəbəsinə gətirilib.

Akçakaleyə sərhədin digər tərəfindən çox sayda top mərmisinin düşdüyü bildirilir. Sərhədə yaxın məhəllələrdə xalq evlərini tərk edir. Polis Akçakale sakinlərini diqqətli olmağa çağırır.

Toqquşmalar səbəbilə Şanlıurfanın Akçakale qəsəbə mərkəzi və sərhəd xəttindəki kənd məktəblərində bir günlük tətil elan edilib.

 

 





19.09.2012    çap et  çap et