525.Az

ABŞ və Böyük Britaniya səfirlikləri sabahkı aksiya ilə bağlı xəbərdarlıq etdilər


 

ABŞ və Böyük Britaniya səfirlikləri sabahkı aksiya ilə bağlı xəbərdarlıq etdilər<b style="color:red"></b>

 Böyük Britaniyanın və ABŞ-ın Azərbaycandakı səfirliyi öz vətəndaşlarına sabah Bakının Fəvvarələr Meydanına təyin olunmuş razılaşdırılmamış aksiya ilə əlaqədar xəbərdarlıq edib.
 
525.az-ın məlumatına görə, Britaniya səfirliyinin saytında yerləşdirilmiş məlumatda Britaniya vətəndaşları aksiya keçirilən ərazilərə yaxın getməməyə və sayıq olmağa çağırılır.
 
Qeyd edək ki, bundan əvvəl ABŞ səfirliyi də öz vətəndaşlarına analoji xəbərdarlıq edib. Sosial şəbəkələrdə əsgər Ceyhun Qubadovun ölümünə etiraz edən bir qrup gəncin sabah saat 16.00-da Fəvvarələr Meydanında dinc aksiya keçirəcəyi ilə bağlı müraciəti yayılıb. Daxili İşlər Nazirliyi razılaşdırılmamış istənilən aksiyanın qarşısının alınacağını bəyan edib.
 
Xatırladaq ki, ABŞ və Böyük Britaniya səfirliyi bundan əvvəl də razılaşdırılmamış etiraz aksiyaları zamanı vətəndaşlarına ehtiyatlı olmaq barədə xəbərdarlıqlar edib.

ABŞ-ın Azərbaycandakı səfirliyi də Bakıda gənclərin sabaha təyin olunan aksiyası ilə bağlı Amerika vətəndaşlarına xəbərdarlıq edib.

Səfirliyin rəsmi facebook səhifəsində paylaşdığı məlumata əsasən, səfirlik öz vətəndaşlarına şəhərin aksiya keçiriləcək hissəsində ehtiyatlı olmağa çağırıb. Eyni zamanda qeyd olunub ki, hətta aksiya dinc olsa belə, qarşıdurma yarana bilər, zorakılığıa yol verilə bilər:

“Əgər insanların kütləvi toplaşdıqları etiraz və nümayiş keçirilən ərazidəsinizsə, oradan uzaqlaşmalı və ehtiyatlı davranmalısınız. Öz şəxsi təhlükəsizlik planlarınızı gözdən keçirin, əhatənizdə baş verən, eyni zamanda yerli hadisələrlə maraqlanın, həmçinin yerli stansiyalardan xəbər yeniliklərini izləyin.

Ayıqlığınızı yüksək səviyyədə qoruyun və şəxsi təhlükəsizliyinizin artırmaq üçün müvafiq addımlar atın. Siz Səfirliyin veb-saytını yoxlayaraq bizimlə əlaqə yarada və səfirliyin yenilənmələrini əldə edə bilərsiniz”.

 





11.01.2013    çap et  çap et