525.Az

Tükiyə-Azərbaycan Gənc Qəzetçilər və Yazarlar Birliyi yaradıldı


 

Tükiyə-Azərbaycan Gənc Qəzetçilər və Yazarlar Birliyi yaradıldı<b style="color:red"></b>

Türkiyənin İstanbul şəhərində Türkiyə və Azərbaycandan olan gənc jurnalistlər bir araya gələrək, Tükiyə-Azərbaycan Gənc Qəzetçilər və Yazarlar Birliyini təsis ediblər. Bu barədə məlumatı Birliyin təsisçisilərindən olan Azərbaycan tərəfindən sədri Editor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlı verib.

Onun sözlərinə görə, birliyin yaranmasında əsas məqsəd iki qardaş ölkənin gənc jurnalistləri arasında əməkdaşlığın genişlənməsi və onların birgə layihələrini təşkil etməkdir: “Birliyin Azərbaycan tərəfindən təsisçiləri sırasındaEditor.az İnformasiya Portalının baş redaktoru Fərid Şahbazlı, Azxeber.com portalının təsisçiləri Hacıbəy Heydərli və Əfsələddin Ağalarovtəmsil olunur. Türkiyə tərəfindən isə qurumun təsisçiləri nüfuzlu“Kanal 24 TV”-nin xəbər redaktoru və “Star” qəzetinin yazarı Bahadur Açıkel, Tumhaber.com informasiya portalının baş redaktoru Abdulrahman Ərzurum və “Səmərqənd TV”-nin mədəniyyət yayımları koordinatoru İbrahim Barandır”.

Birliyin iki ölkədən həmsədrləri Fərid Şahbazlı və “Kanal 24 TV”-nin xəbər redaktoru və “Star” qəzetinin yazarı Bahadur Açıkel seçilib.

Fərid Şahbazlı bildirib ki, birliyin rəsmi açılışı İstanbulda olacaq: “Azərbaycan tərəfdən də media kapitanlarının və nüfuzlu jurnalistlərin də qatılacağı mərasimdə Türkiyənin aparıcı media təmsilçiləri də iştirak edəcəklər. Yaxın günlərdə hər iki ölkədən birliyə üzv olacaq gənc jurnalistlərin adlarını elan edəcəyik. Bundan başqa həm də Türkiyə və Azərbaycandan olan nüfuzlu qələm sahiblərini də Fəxri Üzv kimi öz sıralarımıza cəlb etməyi nəzərdə tuturuq”.

 





12.01.2013    çap et  çap et