525.Az

Sabah da hava yağmursuz keçəcək


 

Sabah da hava yağmursuz keçəcək<b style="color:red"></b> Bakıda və Abşeron yarımadasında yanvarın 13-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən şənbə günü 525.az-a verilən məlumata görə, arabir güclənən cənub-qərb küləyi, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 0-3, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 13-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.
Gecə və səhər yollar buz bağlayacaq.
 





12.01.2013    çap et  çap et