525.Az

Bakının mərkəzində yeni metrostansiyalar olacaq


 

Bakının mərkəzində yeni metrostansiyalar olacaq<b style="color:red"></b>

Bakı Metropoliteni yeni xətdə yerləşən iki yeni stansiyasının inşasının hazırlıq işlərini yekunlaşdırıb. Bu barədə şənbə günü Trend-ə Bakı Metropolitenindən bildiriblər.

Stransiyalardan biri Heydər Əliyev adına İdman Konsert Kompleksinin, ikincisi isə Xarici İşlər Nazirliyi və Qış bulvarının yaxınlığında yerləşəcək.

Məlumatda deyildiyi kimi, yeni xəttin yaradılması çərçivəsində başqa stansiyaların da tikintisi aparılır. "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarının tikintisi artıq həyata keçirilir. Habelə əvvəllər Papanin adlandırılan Ceyhun Səlimov küçəsində yerləşən hərbi hospitalın qarşısında yerləşəcək stansiyanın da inşasının hazırlıq işləri yekunlaşdırılıb.

Xəttin çəkilişi "Herrenknext" və "Robbins" tunelqazma kompleksləri vasitəsilə həyata keçirilir.

 





12.01.2013    çap et  çap et