525.Az

"Ümid edirik ki, prezidentlər həmsədrlərin yeni təkliflərinə açıq olacaqlar"


 

"Ümid edirik ki, prezidentlər həmsədrlərin yeni təkliflərinə açıq olacaqlar"<b style="color:red"></b> “ABŞ ümid edir ki, Azərbaycan və Ermənistan prezidentləri təmas xəttində gərginliyi azaltmaq üçün vacib olan məsələlər və addımlar ətrafında hərtərəfli müzakirə aparacaqlar”.
 
APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan və Ermənistan prezidentlərinin planlaşdırılan görüşü ilə bağlı danışan ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz deyib.
 
O bildirib ki, ABŞ hər iki ölkə prezidentinin ilin sonuna kimi görüşmək barədə qərarından məmnundur:

“Bu, hər iki tərəfdən atılmış müsbət addımdır. Biz ümid edirik ki, prezidentlər ATƏT-in Minsk Qrupu həmsədrlərinin yeni təkliflərinə açıq olacaq və onları müzakirəsinə hazırlıq nümayiş etirəcəklər”.
 





12.11.2015    çap et  çap et