525.Az

"Qalatasaray" uduzdu, "Barselona"dan əzmkar qələbə


 

"Qalatasaray" uduzdu, "Barselona"dan əzmkar qələbə

Bu axşam Çempionlar Liqasının qrup mərhələsində növbəti oyunlar keçirilib.

İkinci oyun günündə daha 8 qarşılaşma baş tutub.

E qrupunda ÇL-in son qalibi "Çelsi" öz meydanında "Yuventus"u qəbul edib və qələbəni əldən verib - 2:2. Qrupun digər matçında "Şaxtyor"  (Donetsk, Ukrayna) klubu Danimarkanın "Nordsyaelland" komandası ilə qarşılaşıb və inamlı qələbə qazanıb - 2:0.

F qrupunda Almaniyanın köklü klublarından "Bavariya" doğma azarkeşləri önündə "Valensiya" ilə üz-üzə gəlib. Görüş 2:1 hesabı ilə Münhen təmsilçisinin xeyrinə başa çatıb. Digər oyunda isə Belarusun BATE klubu Fransada "Lill"in qonağı olub və 3:1 hesablı qələbəyə sevinib.

G qrupunda "Barselona" evdə "Fənərbaxça"nı ÇL-dən kənarda qoyan "Spartak" (Moskva, Rusiya) klubu sınağa çəkib və əzmkar oyunla 3 xal əldə edib - 3:2. Qrupun digər görüşündə "Seltik" (Şotlandiya) və "Benfika" (Portuqaliya) klubları münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə hesab açılmayıb - 0:0.

H Portuqaliyanın "Braqa" klubu doğma meydanda Rumıniyanın "ÇFR Kluj" komandasını qəbul edib. Qonaq komanda 2:0 hesabı ilə qələbə qazanıb. Qrupun böyük maraq kəsb edən oyununda son Türkiyə çempionu "Qalatasaray" klubu İngiltərədə "Mançester Yunayted"in qonağı olub və 0:1 hesabı ilə məğlub olub.
 
Qeyd edək ki, qrup mərhələsinin bütün görüşləri bu axşam Bakı vaxtı ilə saat 23:45-də başlayıb.

19 sentyabr

Çempionlar Liqasının qrup mərhələsinin oyunları


E qrupu

23:45. "Çelsi" (İngiltərə) - "Yuventus" (İtaliya) - 2:2
Qollar: Oskar, 31 (1:0), 33 (2:0), Vidal, 38 (2:1), Quagliarella, 81 (2:2)

23:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Nordsyaelland" (Danimarka) - 2:0
Qollar: Mkitaryan, 44 (1:0), 76 (2:0)


F qrupu

23:45. "Bavariya" (Almaniya) - "Valensiya" (İspaniya) - 2:1
Qollar: Şvaynştayger, 38 (1:0), Kroos, 76 (2:0), Valdez, 90 (2:1)

23:45. "Lill" (Fransa) - BATE (Belarus) - 1:3
Qollar: Volodko, 6 (0:1), Rodionov, 20 (0:2), Oleknoviç, 43 (0:3), Çedjou, 60 (1:3)

 

G qrupu

23:45. "Barselona" (İspaniya) - "Spartak" (Moskva, Rusiya) - 3:2
Qollar: Tello, 14 (1:0), Alveş, 29-avtoqol (1:1), Romulo, 58 (1:2), Messi, 72 (2:2), 80 (3:2)

23:45. "Seltik" (Şotlandiya) - "Benfika" (Portuqaliya) - 0:0

H qrupu

23:45. "Braqa" (Portuqaliya) - "ÇFR Kluj" (Rumıniya) - 0:2
Qollar: Bastos, 19 (0:1), 34 (0:2)

23:45. "Mançester Yunayted" (İngiltərə) - "Qalatasaray" (Türkiyə) - 1:0
Qol: M.Kərik, 7 (1:0)

 





20.09.2012    çap et  çap et