525.Az

Urmiya gölü ətrafındakı 50 kənd boşalıb


 

Urmiya gölü ətrafındakı 50 kənd boşalıb<b style="color:red"></b>

Urmiya gölünün quruması nəticəsində 50 ətraf kənd tamamilə boşalıb.

APA-nın xəbərinə görə, bu barədə İran parlamentinə Urmiyadan deputat seçilmiş Nadir Qazipur məlumat verib.
 
Deputat bildirib ki, gölün quruması nəticəsində ətraf ərazilər yaşayış üçün yararsız vəziyyətə düşüb: “50 kəndin bir sakini də orada yaşamır. İnsanlar kəndlərini tərk etmək məcburiyyətində qalıblar. Urmiya tamamilə qurusa, ölkədə duz fırtınaları olacaq. Gölün yenidən canlandırılması üçün isə milyardlarla dollar vəsait lazımdır”.

 





14.01.2013    çap et  çap et