525.Az

"Münaqişənin həlli ilə bağlı mövqeyimiz dəyişməz qalır"


 

"Münaqişənin həlli ilə bağlı mövqeyimiz dəyişməz qalır"<b style="color:red"></b> Rusiya XİN nazir Sergey Lavrovun Ermənistana səfəri zamanı bu ölkə rəhbərliyi ilə apardığı danışıqlarda Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılmasının müzakirə olunması barədə yayılan məlumatlara münasibət bildirib.
 
APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, nazir Sergey Lavrov İrəvanda erməni həmkarı ilə keçirdiyi görüş barədə açıq mətbuat konfransında məlumat verib:

“Həmin açıqlamada qeyd olunanlardan başqa heç bir əlavə söz deyə bilmərəm. Fikrimcə, vəziyyəti gərginləşdirmək lazım deyil. Məlumatı almaq üçün ilkin mənbəyə - nazirin Rusiya XİN-in saytında yerləşdirilən nitqinə müraciət etmək lazımdır.

Onu qeyd edə bilərəm ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesində həm Ermənistan, həm də Azərbaycandan olan həmkarları ilə sıx əlaqələri dəstəkləyir. Bizim Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə yanaşmamız dəyişməz olaraq qalır. Bu yanaşma dəfələrlə təsdiq olunub. Ümid edirəm ki, bizim indi səsləndirdiyimiz mövqe erməni tərəfini sakitləşdirər”.
 





12.11.2015    çap et  çap et