525.Az

Şəkidə istirahət mərkəzi yanıb


 

Şəkidə istirahət mərkəzi yanıb<b style="color:red"></b>

Faktla bağlı Şəki şəhər yanğından mühafizə hissəsində araşdırma aparılır

Trend "Kanal S" telekanalına istinadən xəbər verir ki, Şəkinin məşhur istirahət mərkəzlərindən birində yanğın hadisəsi baş verib. Yanğın zamanı istirahət mərkəzinin ümumi sahəsi 372 kv.m olan taxta konstruksiyalardan ibarət 5 kotec yanaraq külə dönüb.

Hadisə yerinə dərhal Şəki şəhər yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub. İlkin olaraq yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Yanğının dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

 





14.01.2013    çap et  çap et