525.Az

Bakıda yanğın həyəcanı


 

Bakıda yanğın həyəcanı<b style="color:red"></b>

Bu gün Bakı şəhərinin Səbail rayonunda beşmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.

525.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mərtəbələrarası örtük, arakəsmə divarlar və dam örtüyü taxta konstruksiyalardan ibarət yaşayış binasının 2-ci  mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 126 kv.m olan üçotaqlı mənzildə bacanın ətrafı (tavan) 15 kv.m sahədə, 3-cü mərtəbəsində digər vətəndaşa məxsus  ümumi sahəsi 120 kv.m olan üçotaqlı mənzilin döşəməsi 8 kv.m və arakəsmə divarı 2 kv.m sahədə (ümumi 25 kv.m) yanıb. Yanğın zamanı 20 nəfər bina sakini, o cümlədən, yataq xəstəsi olan 1 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzillərin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub.
 
Oxşar hadisə Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdığı, tikintisi başa çatmamış dördmərtəbəli binanın 1-ci mərtəbəsində də qeydə alınıb. Ümumi sahəsi 90 kv.m olan dördotaqlı mənzilin dəhlizində 1 ədəd divan yanıb. Mənzildə olan 3 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Təxliyə olunanlardan biri tüstüdən zəhərləndiyi üçün Təcili Tibbi Yardım Xidməti tərəfindən xəstəxanaya aparılıb.

 





14.01.2013    çap et  çap et