525.Az

Məhəmməd Əsəd Bəy haqqında filmin çəkilişləri bitib


 

Məhəmməd Əsəd Bəy haqqında filmin çəkilişləri bitib<b style="color:red"></b> Tanınmış Azərbaycan yazıçısı Məhəmməd Əsəd bəy haqqında filmin çəkilişləri başa çatıb.

525.az-ın məlumatına görə, Almaniyada fəaliyyət göstərən Nizami Gəncəvi adına Mədəniyyət İnstitutunun direktoru Nuridə Atəşinin bildirib ki, 1 milyon avroya başa gələn film hələlik yalnız alman dilindədir.

“Əsəd bəyin əzabları” adlı iki seriyalı, 104 dəqiqəlik bədii-sənədli filmin çəkilişlərinə 2004-cü ildə başlanılıb. Çəkilişlər Almaniya, Avstriya, İtaliya və Azərbaycanda aparılıb.

N. Atəşi:  “Berlin Um Velt Film” studiyasının çəkdiyi, Ralf Marşallekin rejissoru olduğu filmin 20 dəqiqəlik hissəsi bir neçə il əvvəl Azərbaycana gətirilib. Həmin hissə Azərbaycanda Almaniya Mədəniyyət ili çərçivəsində “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində nümayiş etdirilib.
Filmi Almaniya Federal Mədəniyyət və Mətbuat Nazirliyi, Berlin Mədəniyyət Fondu, Neapol Film Şirkəti Komissiyası və digər beynəlxalq qurumlar maliyyələşdiriblər”.

Filmdə Məhəmməd Əsəd bəyin “Qurban Səid” təxəllüsü ilə yazdığı son əlyazması - “Sevgidən bixəbər kişi” romanından, Azərbaycana olan sevgisi, Vətən həsrəti, öz vətənində ona edilən haqsızlıqlardan bəhs edilir. Yazıçının çəkdiyi əzablar onun öz dili, şahidlərin müsahibələri və kadrarxası səslərlə verilib.
Məhəmməd Əsəd bəyin İçərişəhərdə keçən uşaqlığı, Berlindəki şagirdlik və tələbə həyatı, bestsellerə çevrilmiş “Əli və Nino” romanının yazıldığı Vyana ilə bağlı xatirələri, nəhayət, İtaliyanın Positano şəhərində ev dustağı edildiyi mənzilində ağır xəstəliyi və dözülməz ağrıları ilə ölüm yatağında son romanının yazıldığı şərait də ekran əsərində əks olunub.

Filmdə əsas rollardan birində çəkilən, Əsəd bəyin Avropa ilk azərbaycanlı tədqiqatçısı N. Atəşi filmin Azərbaycanın milli-mənəvi irsinə çevriləcəyinə əminliyini bildirib.

GÜNEL
 





14.01.2013    çap et  çap et