525.Az

Parisə turpaket satışı dayandırıla bilər


 

Parisə turpaket satışı dayandırıla bilər<b style="color:red"></b>

Azərbaycan vətəndaşlarına Parisə turist paketlərinin satışının dayandırılması barədə qərar bazar ertəsi qəbul edilə bilər.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müavini Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, indi bu qərar haqqında danışmaq tezdir:

"Noyabrın 16-da turizm şirkətlərinin nümayəndələri ilə görüşəcək, vəziyyəti müzakirə edəcək və qərar qəbul edəcəyik".

M.Ağakərimov bildirib ki, turpaketlərin satışı dayandırılarsa, turistlərə kompensasiya veriləcək.

Qeyd edək ki, bu gecə Parisdə baş verən atışma və partlayışlar nəticəsində ölənlərin sayı 150 nəfəri ötüb.

 





14.11.2015    çap et  çap et