525.Az

Ramiz Mehdiyevin monoqrafiyası tacik dilində


 

Ramiz Mehdiyevin monoqrafiyası tacik dilində <b style="color:red"></b>

Azərbaycanın Tacikistandakı Səfirliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə Düşənbə şəhərindəki “İrfon” nəşriyyatında akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: mənbələrdən öyrənilən tarix” monoqrafiyası tacik dilində 272 səhifəlik kitabda nəşr edilib.

Səfirlikdən 525.az-a verilən məlumata görə, elmi əsərdə Tacikistan oxucularına Dağlıq Qarabağın, ermənilərin Qarabağa köçürülməsinin tarixi, Dağlıq qarabağ münaqişəsinin başlanmasının səbəbləri barədə qədim dövrlərdən bu günə qədər əsaslı araşdırılmış elmi-sənədli faktlarla sübutlar göstərilib.
 
Tacikistan ictimaiyyəti üçün Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, Ermənistanın Azərbaycana qarşı əsassız iddialarının yalan və uydurmalar üzərində qurulduğu barədə ətraflı məlumat verilib.

Nəşr Tacikistan elmi ictimaiyyəti və oxucular tərəfindən böyük maraqla qarşılanıb.
 
Kitabın redaktoru Tacikistanın Xalq şairi Gulnazar Geldi, tərcüməçilər isə Tacikistan alimləri Olim Xocamurod və Bahriddin Cuyodur.

 





14.11.2015    çap et  çap et