525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b>

Yanvarın 16-17-də atmosfer təzyiqinin xeyli enməsi fonunda güclü gilavar küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi səhər mülayimləşəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı, lakin gecə və səhər bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti,  gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.
 
Yanvarın 15-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, yanvarın 16-sı gündüz və 17-də atmosfer təzyiqinin xeyli enməsi fonunda güclü gilavar küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

 





14.01.2013    çap et  çap et