525.Az

“Yeni Üfüq” Şəhidlər xiyabanını ziyarət etdi (Fotolar)


 

“Yeni Üfüq” Şəhidlər xiyabanını ziyarət etdi<b style="color:red"> (Fotolar)</b> Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin üzvləri Şəhidlər Xiyabanını ziyarət edib.

Birliyin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, birliyin rəhbərliyi və üzvləri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin məzarlarını ziyarət edərək, qəbirləri üzərinə qərənfillər düzüblər.
 
Birliyinin sədri Sevinc Əzimbəyli bildirib ki, hər bir ölkə vətəndaşı üçün 20 Yanvardan öncə, bu təqvimi gözləmədən şəhidlərimizin anılması vəfa borcudur. Ziyarət zamanı Qarabağ Seyid Ocaqlarının təmsilçisi Seyid Camal Əzimbəyli vətən şəhidlərini dualarla anaraq, 20 Yanvar şəhidlərinin millətimizin qürur və qəhrəmanlıq tarixi olduğunu bildirib.













 





14.01.2013    çap et  çap et